Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Fəthullahçı Terror Təşkilatının (FETÖ) maliyyə şəbəkəsinə daxil olan Məhmət Cintosunu xaricdə keçirdiyi əməliyyatla yaxalayaraq ölkəyə gətirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, silahlı terror təşkilatına üzv olduğu üçün həbs rekordu olan Cintosun 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan şəbəkəsinin "rəhbər"lərindən biri olub.
Cintosun 2014-cü ildə Türkiyəyə qayıdıb, Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra xaricə qaçıb. Fəaliyyətini xaricdə davam etdirən Cintosunun Türkiyədəki FETÖ üzvlərinə təşkilata bağlı kuryerlər vasitəsilə maliyyə dəstəyi verdiyi müəyyən edilib.
Cintosun FETÖ-nün Bahattin Karataş, Harun Tokak, Talip Büyük tanınmış simaları ilə birgə qurduğu beynəlxalq maliyyə şəbəkəsini idarə etdiyi, təşkilat üzvlərinə maddi-texniki və qanunsuz yollarla xaricə qaçmaq istəyənlərə logistik dəstək verdiyi üzə çıxıb.