Sudanda toqquşmalar nəticəsində ölənlərin sayı 56-ya çatıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Həkimlər Komitəsi məlumat yayıb.
Yaralananları sayı isə 595 nəfər olub.
***
01:58
Sudanda baş verən toqquşmalarda azı 25 nəfər ölüb, 183 nəfər yaralanıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ölən və yaralananların hamısının mülki şəxs olub-olmadığını müəyyən etmək mümkün olmayıb.
Daha əvvəl məlum olub ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bazar ertəsi, aprelin 17-də Sudanda vəziyyətin gərginləşməsini müzakirə edəcək.
Sudan ordusunun komandanı general Əbdülfəttah əl-Burhan isə bildirib ki, hücumlar davam edərsə, müxtəlif bölgələrdən qüvvələri Xartuma gətirəcək.
Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurmalar hələ də davam edir.