17 Aprel 2023 15:54
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi aprelin 14-dən Sakit Okean Donanmasında qəfil yoxlama aparıb. Donanmada 5 mindən çox hərbi qulluqçu, 167 gəmi, 12 sualtı qayıq və 89 təyyarə var.

Teleqraf.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edərkən deyib.

Nazirin sözlərinə görə, yoxlamada iştirak edən qüvvələr və qoşunlar tam döyüş hazırlığına gətirilib.

“Hazırda taktiki təlimlər və nəzarət atəşləri aparılır, qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunur. Növbəti sualtı qayıq əleyhinə qüvvələr Böyük Pyotr və Avaça körfəzinə yaxınlaşaraq sualtı qayıqları axtarıblar. Sakit Okean Donanmasının dəniz aviasiyası operativ aerodromlara səpələnib”, - o bildirib.

Şoyqunun sözlərinə görə, hazırda yoxlamanın ikinci mərhələsi aparılır: “ Uzaq dəniz zonasında yaradılmış qruplaşma döyüş manevrləri edərək Oxot dənizinin cənub hissəsinə doğru hərəkət edir. Yoxlama başa çatdıqdan sonra donanma qüvvələri daimi dislokasiya məntəqələrinə qayıdacaqlar”.

O qeyd edib ki, Sakit Okean Donanması aprelin 18-də Uzaq Şərqdə yoxlamanın son mərhələsinə başlayacaq: “Bu mərhələdə dəniz zərbə qrupları sahilyanı raket diviziyaları ilə birlikdə elektron atışlarla raket zərbələrinin endirilməsi vəzifələri üzərində çalışacaq”.

Rusiya Prezidenti Vladimir Putin qəfil yoxlamanın birinci mərhələsinin çox yüksək səviyyədə həyata keçirildiyini deyib, bu işi təşkil edən hər kəsə təşəkkür edib.


Müəllif: Əsəd Məmmədəliyev