19 Aprel 2023 13:08
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin müavini Erika Olsonla görüşərək, regiondakı vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat verib.

Görüşdə ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da iştirak edib.

Görüşdə regionda sabitliyin bərqərar olması, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, sərhədlərin demarkasiyası və təhlükəsizliyi, bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması və Qarabağ məsələsi müzakirə olunub.

Mirzoyan Ermənistan tərəfinin hərtərəfli və sabit sülhə nail olmaq məsələlərin həlli ilə bağlı yanaşmalarını təqdim edib.

“Ermənistanın sülh prosesinə sadiqliyini bir daha təsdiqləyirəm”, - erməni nazir ABŞ rəsmilərinə deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər