ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus pilotsuz kater Hörmüz boğazından keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ HDQ-nin 5-ci Donanmasının sözçüsü Timoti Hokins (Timothy Hawkins) bildirib.
Hokins qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına məxsus ilk pilotsuz kater Fars və Oman körfəzlərini birləşdirən Hörmüz boğazından keçib.
Həmçinin əlavə olunub ki, beynəlxalq dəniz qaydalarına uyğun olaraq üzən gəminin boğazdan keçməsini İran tərəfi müşahidə edib.