"Bu gün prezident Co Bayden Texasda böyük təbii fəlakətin olduğunu bəyan edib. 30 yanvar - 2 fevral 2023-cü il tarixləri arasında şiddətli qış fırtınasından zərər çəkmiş ərazilərdə ştat və yerli bərpa səylərini dəstəkləmək üçün federal yardımın göstərilməsini əmr edib".
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev bəyənat yayıb.
Məlumatda bildirilir ki, infrastrukturun bərpası üçün federal yardım əyalətə, yerli hökumətlərə və qeyri-kommersiya təşkilatlarına veriləcək.