Türkiyənin Muğla əyalətində 3,9 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri əyalətin Ula rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir.