24 Aprel 2023 10:38
2 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın hərbi komandanlığı Ukrayna ordusu əks-hücuma başlamazdan əvvəl Baxmut şəhərinin tutulmasını başa çatdırmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

“Vaqner”in ağır itkilər verməsinə baxmayaraq, Rusiya Müdafiə Nazirliyi bu qruplaşmaya bütün diqqətini şəhər döyüşlərinə yönəltmək üçün hücumu dəstəkləmək məqsədilə ərazidə hava-desant bölməsini yerləşdirib.

Amerikalı analitiklərin fikrincə, Hava Desant Qüvvələrinin dəstəyi “Vaqner”ə şəhərdə daha böyük uğurlar qazanmağa imkan verə və Ukrayna qüvvələrini geri çəkilməyə məcbur edə bilər.

ISW Rusiya Hərbi Hava Qüvvələrinin Baxmutun tutulmasını sürətləndirmək üçün “Vaqner”lə əməkdaşlığa başladığını qeyd edir. Rusiyanın hərbi rəhbərliyi bu məqsədlə Baxmutda döyüşən muzdlulara T-90 tankları verib.

Bundan əlavə, “Don Kazak” bölməsinə daxil olan “Listan” könüllü dəstəsi də Baxtmut yaxınlığında görüntülənib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər