2 Yanvar 2015 12:18
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda dəniz reysləri yenidən təxirə salınıb. Bu barədə Trend “Anadolu” agentliyinə istinadən məlumat verir.

Reyslər İstanbul akvatoriyasında bir neçə gündür davam edən güclü qar yağması və fırtına ilə əlaqədar təxirə salınıb.

Yanvarın 2-nə planlaşdırılan reyslər təxirə düşüb. Reyslərin başqa günə keçirilməsi ilə bağlı hələlik hər hansı məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl "Türk Hava Yolları" güclü qar və külək səbəbindən İstanbul, Təkirdağ, Bolu, Bursa, Çanaqqala, Kastamonu, İzmir və Əskişəhərə reysləri təxirə salmağa məcbur olmuşdu. Aviaşirkət Antalya, Budapeşt, Zaqreb və Təl-Əvivə reysləri də təxirə salıb.


Müəllif: