2 Yanvar 2015 21:56
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donbas separatçıları bu gün 4 Ukrayna hərbçisini azad ediblər. Teleqraf.com-un məlumatına görə, bu haqda "Dnepr" batalyonunun komandiri Yuri Beryoza öz “Facebook” səhifəsində bildirib.

O, qeyd edib ki, Luqansk döyüşçüləri artıq Ukrayna hərbçilərini əsir götürməyəcəkləri barədə söz veriblər:

"29 dekabrda "Dnepr-1" batalyonunun döyüşçüləri 1 diversantı əsir götürdülər və Dnepropetrovska gətirdilər. Ondan sonra "Dnepr-1"-in komandanlığı terrorçunu dindirərək xəstəxanaya göndərdi. Burada o üç gün keçirib. Onun cinayətləri iki ömürlük həbs üçün yetərlidir. Amma bu gün biz onu 3 hərbçiyə və 1 Donbas könüllüsünə dəyişdik. Onları soyuq, qaranlıq zirzəmidə saxlayırdılar".

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər