2 Yanvar 2015 22:54
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 2-də minlərlə yapon paytaxtda yerləşən İmperator sarayına gələrək İmperator Akihitonu Yeni il münasibətilə təbrik ediblər.

Teleqraf.com-un məlumatına görə, təbrik üçün gələnlərə minnətdarlığını bildirən monarx yeni ilin əvvəlkindən yaxşı olacağına ümid etdiyini bildirib.Yaponiya İmperatoru deyib: “Sizinlə birlikdə Yeni ili qarşıladığıma görə, hamınıza minnətdaram. Çox sağ olun ki, güclü şaxtaya baxmayaraq təbrik üçün gəlmisinz”.

Akihito həmçinin qeyd edib ki, cari ildə sülhün qorunması və ümumi çiçəklənmə üçün dualar edəcək: “Ümid edirəm ki, bu il bizim hamımız üçün az da olsa daha yaxşı olacaq”. İmperatorun təbrik sözlərinə cavab verən yaponlar birlikdə “Banzay!” (“Yaşasın!”) deyə qışqırıblar.Yapon monarxı, imperatriça Miçiko, vəliəhd-şahzadə Naruhito və digər ailə üzvləri gün ərzində beş dəfə İmperator sarayının gülləkeçirməyən şüşə ilə bağlanmış eyvanından toplaşanları salamlayıblar.

Hər ilin əvvəlində Tokionun mərkəzindəki İmperator sarayına gələn onminlərlə yapon İmperator cütlüyünə şəxsən tamaşa edərək onları salamlayırlar. Yaponlar ildə yalnız iki dəfə İmperator sarayının ərazisinə daxil ola bilərlər: dekabrın 23-də, İmperator Akihitonun doğum günü və yanvarın 2-də yeni ilin başlaması şərəfinə. Sarayın ərazisinə daxil olmaq istəyən hər bir şəxs ciddi yoxlamadan keçməlidir.

Bundan sonra onlara üzərində qırmızı rəngdə doğan günəşin təsviri olan balaca ağ rəngli bayraqlar verilir. İştirakçıları bu bayraqları yelləyərək İmperatoru və onun ailə üzvlərini salamlayırlar. /azertag.com/


Müəllif:

Oxşar xəbərlər