1 May 2023 11:31
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə qüvvələri Liman istiqamətində Rusiyanın hücumlarını dəf edərək, 10 hərbçini əsir götürüb. Eləcə də Ukrayna hərbçiləri əks-hücumla Baxmutda Rusiya ordusunu işğal olunmuş bir çox strateji mövqelərdən geri çəkilməyə məcbur edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Şərq” qüvvələrinin komandiri, general Aleksandr Sırski məlumat verib.

“İrəli getmək üçün düşmən maksimum səy göstərir. Ciddi itkilərə baxmayaraq, “Vaqner”in yeni hücum bölmələri, digər qruplaşmaların muzdluları, desantlar daim döyüşə atılırlar. Amma düşmən nəzarətə götürmək istədiyi Baxmutda uğur qazana bilmir. Vəziyyət kifayət qədər ağırdır. Şəhərin bəzi yerlərində bölmələrimizin əks-hücumu ilə üzləşən düşmən bəzi mövqelərini tərk edib”, - general bildirib.

Onun sözlərinə görə, Baxmut istiqamətində intensiv döyüş əməliyyatları davam edir, amma Rusiya ordusu indiyədək Ukrayna mövqelərinin müdafiəsini yarmağa müvəffəq olmayıb.


Müəllif: Əsəd Məmmədəliyev