1 May 2023 16:15
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Finiş xəttində əks-hücuma hazırlaşmaq, lazım olan hər şeyin artıq hazır olduğunu söyləmək olar”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

“Mən sadəcə ümid etmirəm, buna inanıram. Əminəm ki, bunun uğurlu olması üçün çox işlər görülüb. Generallarımıza, Baş Qərargahımıza, komandirlərimizə etimad yoxdursa, getməyin də mənası yoxdur. Hər şey planlaşdırılmalı və düşünülməlidir”, - nazir bildirib.

Reznikov uğurlu əks-hücum üçün üç əsas amili sadalayıb: silahların mövcudluğu, planlarını bilən hazırlanmış və öyrədilmiş müdafiə qüvvələri və hücumun bütün lazımi avadanlıqlarla təmin olunması.

“Bu gündən finiş xəttini keçirik, bəli, hər şey hazırdır”, - Reznikov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər