Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı keçirilən nümayişdə etirazçılarla polis arasında toqquşma baş verib, polis gözyaşardıcı qazdan istifadə edib.
Teleqraf.com xəbər verir ki, bir neçə bir neçə avtobus dayanacağının və bankın şüşələri sındırılıb.
Qeyd edilib ki, hələ nümayiş başlamamışdan əvvəl polislər 2 740 yoxlama aparıb və bir neçə nəfəri saxlayıb. BFM telekanalı isə 22 nəfərin saxlanıldığı barədə məlumat yayıb.