1 May 2023 23:27
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 30-da keçirilən referendumda qəbul edilən “Özbəkistan Konstitusiyası haqqında” qanun qüvvəyə minib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti bildirib.

MSK tərəfindən qəbul edilən qərara əsasən, qanun 2023-cü il mayın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, aprelin 30-da Özbəkistanın yeni redaksiyada Konstitusiyasına dair referendum keçirilib. Seçici fəallığı 84,50 faiz təşkil edib. Vətəndaşların 90,20 faizi (15,04 milyon) yeni Konstitusiyanın qəbulunun lehinə, 9,35 faizi (1,55 milyon vətəndaş) əleyhinə səs verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər