Hindistanla Pakistan arasında yenidən ölümlə nəticələn ağır silahlı qarşıdıurma yaşanıb. Belə ki, iki qonşu ölkənin sərhədində baş vermiş artilleriya atışması nəticəsində 4 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən məlumatına görə, insident Cammu və Kəşmir ştatındakı nəzarət zolağında baş verib.
Tərəflər atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər.
Qeyd edək ki, son zamanlar mübahisəli Kəşmir ştatı və Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır.