5 May 2023 22:27
5 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hürriyət” qəzetinin köşə yazarı Abdulkadir Səlvi “Optimar”, “Sonar” və “Areda-Survey” araşdırma mərkəzlərinin anketlərində Türkiyə Prezidenti Tayyib Ərdoğanın 50 faizdən çox səs toplayan yeganə namizəd olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, jurnalist əsas rəqibi, CHP sədri Kamal Kılıçdaroğlunun Ərdoğandan xeyli fərqlə geri qaldığını söyləyib.

Səlvi Prezident Ərdoğanın üç etibarlı sorğu mərkəzinin anketlərində öndə olduğunu vurğulayıb:

“Ərdoğan 51 faiz həddinə çatıb, Kılıçdaroğlu isə 45 faiz həddinə yaxınlaşıb. 50 faiz həddini keçən Ərdoğan bir neçə faiz daha qazansa, ilk turda qalib gəlmək şansı artır. Kılıçdaroğlu hələ də 45 faiz həddini keçmədiyi üçün seçkidə qalib gəlməsi üçün zəruri olan 50 faiz həddinə çatması çətin görünür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər