7 May 2023 00:40
7 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Beynəlxalq Vuslat Platforması prezident və parlament seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğan və "Cümhur ittifaqı"na dəstək verəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Beynəlxalq Vuslat Platformasının İdarə Heyətinin sədri Həmzə Cebeci çıxışında CHP sədri Kamal Kılıçdaroğlunun “300 milyard dollar sərmayə gətirəcəyəm” vədinə işarə vuraraq borc verənin əmr verdiyini deyib.

“Hakimiyyətə gəlmək niyyətində olan “borc alacam” deyir. Sizə borc verəndən əmr alacaqsıız. Biz deyirik ki, bir xalq müdafiə sənayesinin nə qədərini özü istehsal edirsə, o qədər müstəqildir. 20 faizdən 80 faizə qalxdı, amma biz 100 faiz müstəqil dövlətik. Aradakı 20 xal lider, iman və inanc fərqindən qaynaqlanır. Bu xalq tarix boyu əsarət qəbul etməyib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər