Ukraynanın şərqində Stanitsa Luqansk yaxınlığında separatçlılarla hökumət qüvvələri arasında şiddətli döyüşlər başlanıb. Yerli vaxtla saat 10-da başlayan hərbi toqquşma tərəflərin mövqe döyüşləri ilə indiyədək davam edir.
Teleqraf.com-un məlumatına görə, separatçılar müvafiq yayayış məntəqəsini 2 saat ərzində iri və orta çaplı silahlardan, qumbaraatanlardan intensiv atəşə tutublar. Xoşbəxt təsadüf nəticəsində qəsəbənin infrastrukturuna ciddi ziyan dəyməyib və sakinlərdən xəsarət alan olmayıb.
Ümumilikdə, bu gecə Luqansk vilayətində antiterror qüvvələrinin mövqeyi müxtəlif istiqamətlərdən 12 dəfə davamlı atəşə tutulub. Ötən gün isə Ukrayna hərbçiləri eyni bölgədə 8 dəfə güclü atəşə məruz qalıblar.
Ölənlər və yaralananlar barədə məlumat verilməyib.
Nail Cəlil