“Ukrayna Silahlı Qüvvələri düşmənə canlı qüvvə və texnika itkiləri verərək, Baxmut yaxınlığında irəliləməyə davam edir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının komandanı general Aleksandr Sırski məlumat verib.
Onun sözlərinə görə, Baxmut istiqamətində müdafiə əməliyyatı davamlı olaraq aparılır.
“Əsgərlərimiz cəbhənin bəzi ərazilərində irəliləyir, düşmən isə texnika və canlı qüvvəsini itirir”, - general bildirib.
Ukrayna Silahlı Qüvvələrinin “Şərq” qrupunun sözçüsü Sergey Çerevatının sözlərinə görə, ukraynalı hərbçilər Baxmut istiqamətində 2 km-ə qədər irəliləyiblər. Bu, dünənin və bu günün uğurudur.
Ukrayna ordusunun bu istiqamətdə irəliləməsini kənar müşahidəçilər – Böyük Britaniya kəşfiyyatı və ABŞ-ın Müharibəsi Araşdırmaları İnstitutu da qeyd edir.