14 May 2023 00:44
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Türkiyə müxalifətinin respublikada mayın 14-də keçiriləcək prezident seçkilərinə müdaxilə etmək ittihamlarını qəti şəkildə qəbul etmirəm.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun Rusiyanın guya seçkilərə müdaxilə etməsi ilə bağlı açıqlamasına münasibət bildirən Kreml təmsilçisi qeyd edib ki, bu bəyanat Türkiyədə böyük səs-küyə səbəb olub.

“Biz dərhal bildirdik ki, Türkiyədə seçkilərə müdaxilə ittihamlarını qəti şəkildə qəbul etmirik. Bundan söhbət belə gedə bilməz” deyən Peskov Kılıçdaroğlunun belə bir bəyanatından Rusiyanın son dərəcə məyus olduğuna diqqət çəkib.

Onun sözlərinə görə, Rusiya bu ölkədə keçiriləcək seçkilərdə Türkiyə xalqının istənilən seçiminə hörmətlə yanaşacaq.

Peskov xatırladıb ki, Kılıçdaroğlu Rusiyanın bu seçkilərə müdaxiləsinə dair sübutların olduğunu deyib.

“Lakin Türkiyə müxalifətinin lideri hələlik bu sübutu təqdim etməyib, çünki o, mövcud deyil”.

Sözçü əlavə edib ki, Moskva Ankara ilə son illərdəki münasibətlərin səviyyəsini yüksək qiymətləndirir. O, iki ölkənin turizm, kənd təsərrüfatı, ticarət, enerji, nəqliyyat, humanitar əlaqələr və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq sahəsində nailiyyətlərini qeyd edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər