14 May 2023 20:12
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko virusa yoluxub. Bu virus artıq bir neçə yaxın adamında da aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus liderinin Bayraq və Gerb Günü mərasimində iştirak etməməsinə diqqət çəkən Ukrayna mətbuatı yazır.

Mərasimdə Lukaşenkonun yerinə Baş nazir Roman Qolovçenko çıxış edib.

“Ətrafdakılardan daha bir neçə nəfər xəstələnib. Anladığım qədər bu virus yoluxucudur”, - Lukaşenkonun protokol xidmətinə yaxın olan anonim mənbə deyib.

Məqalə müəllifləri hesab edirlər ki, bu versiyanın lehinə olan başqa bir arqument mayın 5-də Lukaşenkonun bir sıra hökumət adamlarına mükafatların təqdim edilməsi mərasimində boğuq danışmasıdır.

“Qripdirsə, düzgün müalicə olunmasa, fəsadlar ola bilər. Biz belə düşünürük”, - anonim mənbə bildirib.

Mayın 9-da Moskvada keçirilən hərbi paradda Belarus prezidentinin səhhəti pisləşib. Bundan sonra həkimlərin müşayiəti ilə Minskə qayıtmalı olub. Lukaşenko Minskdə jurnalistlərin qarşısına axsayaraq çıxıb. Onun həmin gündən ictimaiyyətin qarşısına çıxmaması da diqqət çəkir. Bundan başqa, o, bu günlərdə klinikaya gedib.

KİV-in iddiasına görə, Lukaşenkonun səhhətində endokrin sistem və ürək xəstəliklərinə səbəb olan ciddi problem yaranıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər