Bayram günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayında 10% artım qeydə alınıb.
Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib.
Onun sözlərinə görə, bayram günlərində təcili yardıma orta hesabla gün ərzində 1900, bəzi günlərdə 2 min müraciət olub.
“Artım bayram günü tibb müəssisələri və poliklinikaların işləməməsi ilə əlaqədardır. Ötən ilin müvafiq günlərində də təxminən bu qədər müraciət olurdu. Müraciətlərdə ürək-qan damar sistemi xəstəlikləri üstünlük təşkil edib”.
Bayram günləri dəm qazından zəhərlənmələr də orta hesabla 13 nəfər olub.