Fransa Prezidenti Emmanuel Makron Ukrayna pilotlarını bu ölkədə yetişdirməyi düşündüklərini bildirib.
Teleqraf.com xəbər verir ki, Makron bu haqda Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra Fransanın TF1 televiziyasına müsahibə verən zaman danışıb.
Ətraflı
Ukraynalı pilotların qırıcı təyyarələri idarə etmək üçün hazırlanması məsələsi ilə bağlı “Biz digər Avropa ölkələri ilə birlikdə (Ukraynalı) pilotların hazırlanması üçün qapı açdıq”, - deyib.
Makron ABŞ ilə bu mövzuda danışıqların davam etdiyi barədə məlumat aldıqlarını qeyd edib. O, təlimin dərhal başlaya biləcəyini vurğulayıb:
“Fransanın strategiyası sadədir: Ukraynanın müqavimətini artırmaq, əks-hücum təşkil etmək və hər kəsi müəyyən etdiyi şərtlərlə davamlı sülh üçün danışıqlar masasına oturmağa məcbur etmək”.