Rusiyanın Ukraynadakı itkiləri İkinci Dünya Müharibəsindən sonrakı bütün savaşlardan daha çoxdur. Təcavüzkar ölkə Ukraynada 16 NATO ölkəsinin birgə ordusu qədər canlı qüvvə itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Global Firepower” saytı məlumat yayıb.
“Müqayisə üçün qeyd edək ki, Moskva Ukraynada NATO-nun 16 ordusuna bərabər bir ordunu məhv edib. Ümumilikdə isə 28 alyans üzvünün nizami qoşunlarının sayı Rusiyanın itkilərindən daha azdır”, - sayt yazır.
Bu 16 ordunun ümumi canlı qüvvə sayı 193 000 nəfərdir. Bu da Rusiyanın itkilərindən 7 min azdır.
Sayt həmin ölkələrin siyahısını da təqdim edib:
Bolqarıstan - 25 min nizami qoşun
Finlandiya - 24 min nizami qoşun
Macarıstan - 23 min nizami qoşun
Norveç - 23 min nizami qoşun
Litva - 16 min nizami qoşun
Danimarka - 16 min nizami qoşun
Xorvatiya - 15 min nizami qoşun
Slovakiya - 13 min nizami qoşun
Şimali Makedoniya - 9 min nizami qoşun
Albaniya - 8 min nizami qoşun
Sloveniya - 7 min nizami qoşun
Latviya - 6500 nizami qoşun
Estoniya - 4 min nizami qoşun
Monteneqro – 2.5 min nizami qoşun
Lüksemburq - 1000 nizami hərbçi
İslandiya - nizami qoşunu yoxdur.
Hazırda yalnız üç NATO ölkəsi Rusiyanın müharibədəki itkilərindən daha böyük orduya malikdir:
ABŞ - 1 milyon 390 min nizami qoşun
Türkiyə - 425 min nizami qoşun
Fransa - 205 min nizami qoşun
Alyansın daha 12 ölkəsinin ordusu Ukraynada öldürülən rus hərbçilərinin ümumi sayından azdır:
Böyük Britaniya - 194 min nizami qoşun
Almaniya - 184 min nizami qoşun
İtaliya - 170 min nizami qoşun
Yunanıstan - 130 min nizami qoşun
İspaniya - 120 min nizami qoşun
Polşa - 120 min nizami qoşun
Kanada - 70 min nizami qoşun
Rumıniya - 67 min nizami qoşun
Hollandiya - 35 min nizami qoşun
Portuqaliya - 27 min nizami qoşun
Belçika - 26 min nizami qoşun
Çexiya - 26 min nizami qoşun.
Ukrayna Baş Qərargahın məlumatına görə, bu gün Rusiyanın hərbi itkiləri 200 min 590 nəfərə çatıb. Onlardan 610-u son sutka ərzində məhv edilib.