Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində Rusiyanın şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 5-i zenit-raket sistemlərinə olmaqla, 14 zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bundan əlavə, “Orlan-10” tipli 2 kəşfiyyatçı PUA vurulub.
Raket qoşunları və artilleriya bölmələri 1 komanda məntəqəsi, 6 canlı qüvvənin cəmləşdiyi ərazi, 2 sursat anbarı, 2 yanacaq-sürtkü anbarı, 2 hava hücumundan müdafiə sistemi və daha 2 strateji əhəmiyyətli hədəfi vurub.