18 May 2023 08:15
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ senatoru Ted Kruz (Texas ştatından respublikaçı) sanksiyalar tətbiq etməklə Rusiya və İran arasında hərbi-texniki əməkdaşlığa qarşı mübarizəni nəzərdə tutan qanun layihəsini təqdim etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu respublikaçı Vaşinqtonun Qudzon Universitetində çıxışı zamanı deyib.

"Rusiya ilə İran arasında əməkdaşlıq genişmiqyaslıdır və dərinləşir. Bayden administrasiyası buna qarşı durmağa belə çalışmır. Buna görə də mən C.Bayden administrasiyasını bir sıra cəbhələrdə İran və Rusiya arasında əməkdaşlığa qarşı çıxmağa məcbur edən qanun layihəsinin dəstəklənməsi üçün çalışıram", - deyə o bildirib.

O izah edib ki, qanunvericilik təşəbbüsü Rusiya və İranın hərbi-texniki əməkdaşlıqda istifadə etdiyi "banklara, neft tankerlərinə, təyyarələrə, hava limanlarına, gəmilərə və gəmiqayırma zavodlarına qarşı Ukraynaya aid mövcud sanksiyaların tətbiqini" nəzərdə tutur.

Bundan əlavə, senatorun qeyd etdiyi kimi, bu qanun layihəsi "İranın xaricdəki milyardlarla dolları bloklamaq" məqsədi daşıyır. T.Kruzun sözlərinə görə, məsələ ondadır ki, "atomla bağlı daha bir sövdələşmə" bağlanacağı təqdirdə Tehran bu vəsaitlərə çıxış əldə edə bilməyəcək


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər