İraq Kürd Regional Rəhbərliyinin sədri Nəçirvan Bərzani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı uğurlara görə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Türkiyə liderinə zəng edən Bərzani hakim Ədalət və İnkişaf Partiyasını (AKP) parlament seçkilərində qazandığı uğurlara görə təbrik edib və ikinci turda keçiriləcək prezident seçkilərində uğurlar arzulayıb.
Seçkilərin ikinci turunda qalib gələcəyinə inamını və inancını ifadə edən Bərzani Ərdoğanın qələbəsini türk xalqının gələcəyi üçün vacib və zəruri adlandırıb.
Regional rəhbərliyin Türkiyədəki seçkiləri böyük maraqla izlədiyini deyən Bərzani demokratiya prosesinin uğurla başa çatmasından xoşbəxt olduğunu dilə gətirib.