18 May 2023 15:14
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden 1945-ci ildə Xirosima və Naqasakiyə atom bombalarının atılmasına görə Yaponiyadan üzr istəməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin müşaviri Ceyk Sallivan məlumat verib.

Jurnalistlərin Baydenin bu olaya ABŞ-ın adından üzr istəmək niyyətində olub-olmadığını soruşduqda, Sallivan belə cavab verib: “Prezident Sülh Memorialında (Xirosimada) açıqlama verməyəcək”.

Onun sözlərinə görə, ABŞ lideri G7 ölkələrinin digər liderləri ilə birlikdə gül dəstələri qoyacaq və digər tədbirlərdə iştirak edəcək.

“Onun nöqteyi-nəzərindən bu, ikitərəfli hadisə deyil. G7 liderlərindən ibarət heyət həm tarixə, həm də Xirosimada anadan olmuş Yaponiya Baş naziri Fumio Kişidaya ehtiramını bildirməyə gedəcək”, - Sallivan deyib.

Əlavə edək ki, bu il G7-yə Yaponiya sədrlik edir. Liderlərin sammiti mayın 19-dan 21-dək baş tutacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər