ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkisi 2024-cü ilin noyabrına təyin edilib.
Respublikaçıların nümayəndəsi olan Desantis bir müddətdir ki, partiyadan namizədlik uğrunda Donald Trampın əsas rəqibi hesab olunur.