Ukraynanın Donetsk vilayətinin müvəqqəti işğal altında olan Mariupol şəhərində “kadırovçu”lar dinc əhaliyə divan tuturlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat verib.
Bildirilir ki, Mariupolda çox sayda çeçen döyüşçü var və onlar spirtli içki qəbul edərək sərxoş halda yerli sakinlərə sataşır, onları ələ salır, onlara bədən xəsarətləri yetirirlər.
Vətəndaşların şikayətləri isə qulaqardına vurulur.