19 May 2023 08:43
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bütün NATO ölkələri Ukraynanın alyansa üzv olmasına razıdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlaması zamanı deyib.

“Bütün NATO ölkələri bu fikirlə razıdır ki, Ukrayna alyansa üzv olsun. Onlar bunu ötən il sammitdə də vurğulayıblar. Lakin indi ən təxirəsalınmaz məsələ Kiyevə müharibədə kömək etməkdir. Hazırda Ukraynanın müdafiə qabiliyyətinə uzunmüddətli investisiyalar qoyulması yolu ilə buna nail olmaq mümkündür”, - deyə Stoltenberq qeyd edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər