Rusiya ordusu ötən gecə İran istehsalı olan “Shahed-136/131” tipli 22 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücumu edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
PUA-lardan 16-ı havada zərərsizləşdirilib.
Bundan başqa, Ukrayna Hava Hücumunda Müdafiə Qüvvələri Rusiya ordusunun atdığı 6 “Galibr” tipli qanadlı raketdən 3-ünü vurub.
Raketlər Rusiyanın Qara dənizdəki hərbi gəmilərindən buraxılıb.