20 May 2023 20:43
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Rusiyaya qarşı artıq qüvvədə olan məhdudiyyətlərdən yanınma ilə mübarizə çərçivəsində Rusiya Federasiyasına qarşı 11-ci sanksiyalar paketinə dünyanın müxtəlif ölkələrindən 90-dan çox şirkəti daxil edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen deyib.

AK rəhbəri onu da vurğulayıb ki, tədbirlər Çində yerləşən səkkiz şirkətə şamil olunacaq.

"Financial Times" nəşri mənbələrə istinadən xəbər verib ki, yeni anti-Rusiya sanksiyalar paketi çərçivəsində Brüssel ilk dəfə olaraq Rusiya Federasiyasına silahlanmada istifadə oluna bilən malların satışı ilə əlaqədar yeddi Çin şirkətinə sanksiya tətbiq etməyi təklif edib.

Çin şirkətləri ilə yanaşı, eyni səbəblərdən İran, Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri və Suriya şirkətlərinə də sanksiya tətbiq edilməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər