ABŞ prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Bayden Yaponiyada görüş zamanı Ukrayna prezidenti Vladimir Zelenskiyə deyib ki, ABŞ Rusiya ilə münaqişədə Ukraynanın müdafiəsini gücləndirmək üçün əlindən gələni edir.
Qeyd olunur ki, Bayden Zelenski ilə Xirosimada keçirilən G7 sammiti çərçivəsində görüşüb. Amerika prezidenti izah edib ki, yeni hərbi yardım paketinə döyüş sursatları, artilleriya və zirehli maşınlar daxil olacaq.