Tokio müharibə başlayan gündən bəri Kiyevə 7,6 milyard dollar maliyyə yardımı edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xirosimada “Yeddilik” (G7) sammiti çərçivəsində keçirilən danışıqların yekununda məlumat verilib.
Ukrayna prezidenti yardım paketinə görə Yaponiyaya təşəkkür edib.
Bundan əlavə, Zelenski bildirib ki, Yaponiya Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün 100 yük maşını şəklində əlavə yardım göstərib.