21 May 2023 21:29
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Tehrandakı səfiri Nadine Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Tasnim”məlumat yayıb.

Bildirilir ki, səfir “Twitter“ səhifəsində son yazıları ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Tehran iddia edir ki, N.Lozano İranın daxili işlərinə qarışıb. Habelə səfirliyin səhifəsi qeyri-peşəkar şəkildə idarə olunaraq İranın bayrağının təhrif olunmuş şəkilləri orada dərc edilib.

Nəşr qeyd edir ki, Lozanoya bu cür hərəkətlərdən narazılıq və İslam Respublikası rəhbərliyinin etirazları barədə məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər