22 May 2023 12:12
2 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Prezidenti Luiz İnasiyu Lula da Silva fransalı həmkarı Emmanuel Makronun xahişinə baxmayaraq, G7 sammiti çərçivəsində Xirosimada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Financial Times” qəzeti məlumat yayıb.

“Braziliya prezidenti ilə görüşün baş tutmamasından üzülüb-üzülmədiyi soruşulduqda, Zelenski deyib:

“Kimsə üzülməlidirsə, o da Braziliya prezidentidir”.

Eyni zamanda, Braziliya rəsmiləri Lula da Silvanın Zelenskinin görüş təklifini rədd etmədiyini, sadəcə tərəflərin iş qrafiklərinin üst-üstə düşmədiyini bildiriblər.

Onların sözlərinə görə, Braziliya prezidenti bazar günü, Ukraynanın təklif etdiyi vaxtda Zelenski ilə görüşə hazır olub, amma bu baş tutmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər