“İran mülki gəmiləri “üzən terror bazaları”na çevirib”.
Teleqraf.com xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qallant deyib.
“İsrail mülki ticarət gəmilərini hərbi gəmilərə çevirir. Pilotsuz uçan aparatları, raketlər, hücum sistemləri və qabaqcıl kəşfiyyat da daxil olmaqla hər cür silahı daşımaq üçün nəzərdə tutulan bu gəmilərdı yüklər on, bəzən yüz minlərlə tona çatır. Beləliklə, İran bu gəmiləri İran sərhədlərindən uzaq bölgələrdə terror bazalarına çevirməyi hədəfləyir”, - nazir bildirib.
Qallant bu gəmilərdən birinin Ədən körfəzinə doğru üzdüyünü, bunun İranın Bəsrə körfəzi və Oman dənizində həyata keçirdiyi dəniz terrorunun bir hissəsi olduğunu söyləyib. Müdafiə nazirin Tehranın terrorçu fəaliyyətini Hind okeanı, Qırmızı və Aralıq dənizlərinə doğru genişləndirməyə çalışdığını açıqlayıb.
Qallant bunun hərbi və mülki gəmi marşrutlarını təhdid edən və dənizlərə daimi təhlükə yaradan planlı pirat siyasəti olduğunu vurğulayıb.
Qallant qeyd olunan problemin beynəlxalq əməkdaşlıq və antiterror ittifaqlarının yaradılması ilə həll oluna biləcəyinə diqqət çəkib:
“Bu gün Qəzza, Livan, Suriya və İordan çayının qərb sahilində üzləşdiyimiz təhdidlərin arxasında İran dayanır. İran regional və beynəlxalq sabitliyə ən böyük təhlükədir. İran regiondakı müttəfiqləri vasitəsilə İsrailə qarşı yorucu müharibə aparır”.
İranın nüvə proqramı haqqında danışan nazir deyib:
“İran nüvə proqramının ən son nöqtəsindədir və nüvə silahı ilə bütün dünyanı ciddi strateji təhlükə, İsrail və Yaxın Şərqdəki digər ölkələri isə potensial ekzistensial təhlükə qarşısında qoyur. Uranın 90 faizə qədər zənginləşdirilməsi İran üçün böyük səhv olardı, çünki İran rejimi bunun Yaxın Şərq üçün ağır və dəhşətli nəticələrinin olacağını bilir”.
Yoav Qallant Suriyanın Ərəb Liqasına qayıtmasından da danışıb:
“Nə qədər ki, Suriya şiə terrorizmi üçün münbit zəmin olmaqda davam edir, İrana və onun qruplaşmalarına öz ərazisindən əməliyyat keçirməyə icazə verir, bunun İsrail üçün heç bir mənası olmayacaq. Durum bu şəkildə davam etdikcə, Suriya İsrailin təhlükəsizlik qurumlarının gücü ilə üzləşəcək. Ancaq burada hədəf Suriya deyil, İranın fəaliyyətidir”.