23 May 2023 15:58
4 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna ordusunun əks-hücum əməliyyatı uğurlu başlasa, Rusiya qüvvələrinin əhval-ruhiyyəsi ciddi şəkildə pozula bilər".

Teleqraf.com xəbər verir ki, bunu İngiltərə Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general Riçard Dannat deyib.

“Düzdür, Qərbin verdiyi silahlar, məsləhətlər və avadanlıqlar buna imkan yaradır, amma tam hazır olana qədər başlamamalıdırlar”, - general bildirib.

Dannatın fikrincə artıq çox yaxın olan seçim anında Ukrayna ordusunun belə bir şansı olacaq:

“Ruslara bir neçə həlledici zərbə vura bilsələr, ciddi təsir bağışlaya bilərlər. Bu o demək deyil ki, müharibə bir neçə gün və həftəyə başa çatacaq. Ancaq düşünürəm ki, potensial olaraq möhtəşəm dərəcədə uğurlu ola biləcək bəzi həlledici zərbələr görəcəyik. Bunun Rusiya əsgərlərinə necə təsir edəcəyini düşünün. Onların çoxu orada olmaq istəmir. Onlar zəif təlim alıblar, zəif təchiz olunublar, pis geyiniblər və pis idarə edilirlər. Açığını desəm, onların döyüş ruhu pozula bilər, ukraynalıların nail olmağa çalışdıqları da budur. Ordu məğlub olduğunu düşünəndə məğlub olur”.

İngilis general Rusiyanın Belqorod vilayətində gedən döyüşlərin istənilən hücuma kömək edəcəyinə inanır.

Hücumların ukraynalı və ya rusiyalı partizanlar tərəfindən təşkil edilməsi məsələsinə gəlincə, Dannat qeyd edib ki, bunun arxasında kimin olmasının o qədər də əhəmiyyəti yoxdur, çünki bu, sərhəd kəndlərində yaşayan rusların Kremldən daha çox müdafiə istəməsinə səbəb olacaq.

“Eyni zamanda, buna cavab verməlidir, yəni ərazidə təhlükəsizliyi təmin etməlidir. Bunun üçün qoşunları haradan alacaq? Yaxşı, Rusiyanın başqa yerlərindən. Bəlkə də bunun üçün Ukraynadakı qüvvələrin bir hissəsini çıxarmalıdır. Bu, hücumdan əvvəl verilən bir mesajdır”, - general bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər