Kolumbiyanın Norte-de-Santander departamentində terror aktı törədilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin "Twitter" səhifəsində bildirilir.
Məlumata əsasən, törədilən partlayışda ikisi polis olmaqla üç nəfər həlak olub. "Tibu, Norte-de-Santanderdə iki polis məmurunun və bir qadının ölümünə səbəb olan kolumbiyalılara qarşı bu terror aktını qınayırıq", - deyə paylaşımda bildirilir.
Eyni zamanda, bildirilir ki, partlayış nəticəsində 3 polis əməkdaşı və 4 mülki şəxs yaralanıb.
Qeyd edilir ki, bomba polis patrulunun hərbi bazaya getdiyi yolda partlayıb. Bu zaman polis maşınının yanından sərnişin avtobusu və ölən qadının idarə etdiyi motosiklet keçirmiş.