Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Məclis İstintaq Komissiyası mənimsəmə və rüşvətdə günahlandırılan 4 keçmiş nazirin (AK Partiyadan olan nazirlər Muammer Gülər, Zəfər Çağlayan, Egemen Bağış və Ərdoğan Bayraktar) Ali Məhkəməyə göndərilib-göndərilməməsi barədə qərar verib. Komissiya səs çoxluğu ilə nazirlərin Ali Məhkəməyə cəlb edilməməsi qərarını çıxarıb.
22 dekabrda keçirilməsi planlaşdırılan, ancaq etirazlar səbəbindən 5 yanvara kimi təxirə salınan səsvermənin nəticəsi qəti qərar hesab edilməsə də, bunu Türkiyədə əhəmiyyətli göstərici hesab edirlər. Komissiya qurulduğu gündən 245 gün sonra toplanıb və təxminən 3,5 saat davam edən toplantıda 9 AK Partiya, 4 CHP və 1 MHPli üzv səs verib.