27 May 2023 12:38
41 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkisinin ilk turu ilə bağlı dəqiq araşdırması ilə diqqət çəkən BETİMAR Araşdırmalar Mərkəzi ikinci tur üçün anket nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan sorğuda rəqibi, CHP sədri Kamal Kılıçdaroğlunu qabaqlayıb.

BETİMAR-ın ikinci turla bağlı apardığı sorğunun nəticələri:

Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu – 47.81 faiz

Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan – 52.19 faiz

Araşdırma mərkəzi ilk turda Ərdoğanın 49.1, Kılıçdaroğlu isə 45 faiz səs toplayacağını proqnozlaşdırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər