6 Yanvar 2015 05:25
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

15-17-də Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Gürcüstana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yanvarın 5-də səfər ilə bağlı Gürcüstan xarici işlər nazirinin müavini Qiqi Qiqiadze və Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri, səfir Yanoş Herman arasında görüş keçirilib.

Görüş zamanı tərəflər Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı prioritet məsələlərini müzakirə ediblər. Tədbirdə komissar Yohannes Hanın yanvarın 15-17-də Gürcüstana səfərinin proqramına aid detallara xüsusi diqqət yetirilib. Tərəflər Yohannes Hannın Gürcüstana planlaşdırılan səfərinin uğurlu və məhsuldar şəkildə həyata keçirilməsini təmin etmək üçün fəal əməkdaşlıq barədə razılığa gəliblər.


Müəllif: