“Twitter” Avropa İttifaqının (Aİ) rəqəmsal platformalar üçün hazırladığı dezinformasiyaya qarşı könüllü təcrübə kodeksindən uzaqlaşır. Lakin “Twitter”in öhdəlikləri qalır. Qaçmaq olar, amma gizlənə bilməzsən.
Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin daxili bazar və sənaye üzrə komissarı Thierry Breton deyib.
O qeyd edib ki, rəqəmsal xidmətlər aktı çərçivəsində dezinformasiya ilə mübarizə avqustun 25-dən etibarən Aİ ölkələrində könüllü öhdəliklərdən kənar hüquqi öhdəliyə çevriləcək: “Yeni qanun qüvvəyə mindikdən sonra Aİ komandaları sərt qaydaları tətbiq etməyə hazır olacaqlar”.
Yeni qaydalara əsasən, qaydaları pozan rəqəmsal platformalar üçün onların qlobal dövriyyəsinin 6 faizinə qədər cərimələr tətbiq oluna bilər.
Təkrar pozuntular halında sözügedən rəqəmsal platformaların Aİ-də fəaliyyətinə xitam verilə bilər.