31 May 2023 11:37
5 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Azərbaycandakı keçmiş səfiri Nikos Kanellos Türkiyənin ölkəsi ilə münasibətlərinə dair diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qazandığı qələbə ilə Türkiyənin mütləq hakimi olduğunu vurğulayan sabiq səfir seçkilərdəki yüksək fəallığa diqqət çəkib.

Kanellos Ankaranın Rusiya ilə balanslı əlaqələr qurmağı bacardığını da etiraf edib:

“Türkiyə yeni əsrin güclü Türkiyəsi olmaq üçün bütün lazımi infrastrukturu yaradıb. Ona görə də mövqelərimizdə çox diqqətli olmalı, reallığa baxmalıyıq”.

Yunan diplomat ABŞ-ın son 4.5 ildə Türkiyəyə hərbi texnika vermədiyini deyib: “Amma Türkiyə 4.5 ildir ki, hərbi texnika istehsalında infrastrukturunu yeniləyib. Ona görə də amerikalılar bunu görəcək, düşünəcək və buna uyğun hərəkət edəcəklər”.

Qərbin Türkiyə ilə əlaqələri kəsməsinin mümkün olmadığını dilə gətirən siyasətçi Avropa Birliyinin öz məqsədləri naminə Yunanıstana daim yaltaqlandığını bildirib. Kanellos qeyd edib ki, AB və ABŞ Türkiyənin Rusiyaya yanaşmasından ehtiyat edərək pis siyasi seçimlərdən çəkiniblər.

Kanellos Yunanıstanın Türkiyə ilə bağlı dar siyasətində ilişib qaldığını da söyləyib:

“Yanaşmamızı dəyişməliyik, şaxələndirməliyik və yeni iddialar irəli sürməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu