PKK terror təşkilatının liderlərindən biri Murat Karayılan mayın 14-28-də Türkiyədə keçirilən seçkilərdə məğlub olmuş CHP sədri Kamal Kılıçdaroğlunun zəif namizəd olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, baş terrorçu Türkiyə müxalifətinin namizəd seçmə və dəqiqlik problemlərinin olduğunu iddia edib.
“Fərqli CHP-çi namizəd olsaydı, qalib gəlməsi mümkün olardı. Namizəd seçmə və dəqiqlik yox idi, sosioloji durumu görüb düzgün oxusaydılar, qalib gələ bilərdilər”, - Karayılan söyləyib.
PKK və onun siyasi qanadı HDP seçkilərdə Millət İttifaqı və Kamal Kılıçdaroğlunu dəstəklədiklərini açıqlamışdı.