Ukrayna bəzi istiqamətlərdə hücum əməliyyatlarına keçir.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar bildirib.
O qeyd edib ki, döyüşlərin episentri Baxmutdur.
Eyni zamanda, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak isə bu gün öz “Twitter“ səhifəsində “hələlik qlobal hücum yoxdur” deyə paylaşım edib.