İlon Mask "Twitter" sosial şəbəkəsinin baş direktoru vəzifəsini tərk edib.
Teleqraf.com xəbər verir ki, onun yerini rəsmi olaraq keçmiş "NBCUniversal"ın reklam direktoru Linda Yakkarino tutub.
Bakı vaxtı ilə saat 07:00 radələrində tvitində L.Yakkarino sosial şəbəkənin rəhbəri kimi işə başladığını elan edib və qeyd edib ki, bu, onun üçün yeni rolunda ilk gündür.