7 İyun 2023 15:20
1 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna ordusu Baxmut istiqamətində müdafiədən hücuma keçib və bir sıra sahələrdə ciddi irəliləyişlər əldə edib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

“Qoşunlarımız Baxmut istiqamətində müdafiədən hücuma keçdi. Son sutka ərzində Baxmut istiqamətində müxtəlif ərazilərdə 200 metrdən 1100 metrə qədər irəliləmişik. Bu istiqamətdə düşmən müdafiəyə keçərək, işğal etdiyi mövqeləri saxlamağa çalışır. Hazırda düşmən müdafiə üçün bu istiqamətdə ehtiyatlarını dərinlikdən gətirir”, - nazir müavini deyib.

Malyarın sözlərinə görə, “Vaqner” qrupunun muzdluları arxa hissələrdə bəzi yerlərdə qalır. Amma Rusiya tərəfindəki hərbi əməliyyatların əsas yükünü hazırda rus nizami ordusu, xüsusən də hava-desant hücum bölmələri daşıyır.

Bundan əvvəl Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirmişdi ki, müdafiə qüvvələri Baxmut istiqamətində cinahlarda irəliləməyə davam edir, ruslar mövqelərini itirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər